Vətən müharibəsinin başa çatmasından sonra keçirilən 5 müsabiqənin nəticələri üzrə müvəffəqiyyət qazanmış 23 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluq orqanlarında qulluğa qəbul edilib.
NUHÇIXAN xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc əməkdaşların Baş Prokurorluğda andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, onlardan 2 nəfəri 2020-ci ildə, 10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri isə 2023-cü ildə, 2 nəfəri isə 2024-cü ildə elan edilmiş müsabiqə üzrə uğur qazanıb.