NUHÇIXAN xəbər verir ki, fevralın 12-də Kolanı Kənd Uşaq Musiqi Məktəbi şagirdlərinin ŞahbuzRayon Mədəniyyət Sarayında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunankonserti olub.
Konsertdən əvvəl çıxış edən Şahbuz Rayon Mədəniyyət Şöbəsinin müdiri Mübariz Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyindən bəhs edib.
Sonra konsertdə məktəbin muğam üçlüyünün ifasında Vahid Axundovun “Naxçıvan” mahnısı səslənib. Məktəbin şagirdləri Bəhruz Quliyev, Bayram Qubadlı, Təyyar Mədədli, ÖzərHacıyev və Mətləb ŞirinzadəTofiq Quliyevin “Bağçamız”,Hacı Xanməmmədovun “Gözünə qurban”, Bəhram Mansurovun “Qarabağ” mahnıları ilə bərabər “Xarı bülbül”, “Sarı gəlin”, “Daşlı qala”, “İrəvanda xal qalmadı” xalq mahnılarını, segah və təsniflər səsləndiriblər. Məktəbin xalq çalğı alətləri ansamblının ifasında “Cahargah”, “Heyratı” muğamlarıifa edildikdən sonra məktəbin müəllim və şagirdlərindən ibarət sazçalanlar ansamblının ifasında “Gözəlləmə”, “İncəgülü”, “Ovşarı” və başqa saz havalarısəsləndirilib.
Bir saatdan artıq davam edən maraqlı konsert proqramı balaca xanəndələrin ifasında səslənən “Qarabağ şikəstəsi” ilə başa çatıb.