Hərbi qulluqçularımız Türkiyə Respublikasında "Qış təlimi 2019"-da iştirak edirlər - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, hərbi qulluqçularımızın Türkiyə Respublikasında beynəlxalq qış təliminə hazırlıq məşqləridavam edir.

Çoxmillətli, beynəlxalq səviyyəli qış təlimindəçətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək hərbi qulluqçularımızın hazırlıq məşqləri davam edir. 28 ölkənin iştirak etdiyi qış təliminə hazırlıq məşqlərində ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları antiterror əməliyyatları zamanı binalarda yaxın məsafədə döyüş elementlərini məşq edirlər. Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa düşmüş yaralıların aşkar edilərək təxliyyəsi həyata keçirilir. Türkiyə RespublikasınınQars şəhərində keçirilən məşqlərlə yanaşıKayseri şəhərində paraşütçü komandolarımız ən çətin tapşırıqları praktiki olaraq yerinə yetirirlər.

 

 

Nəriman Nəcəfov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: