NUHÇIXAN xəbər verir ki, hadisə 10 gün öncə İranın Culfa şəhərinə yaxın ərazidə baş vermişdi. Belə ki, TIR sürücüsü, Babək şəhər sakini 1986-cı il təvəllüdlü Nəsirov Nəvai Yasin oğlu sürücüsü olduğu avtomobilin qapısını açarkən avtomobil onu vurmuşdu. Hadisədən sonra o, Təbriz şəhərində xəstəxanaya çatdırılıb.
Ağır bədən xəsarətləri alan N.Nəsirov xəstəxanada vəfat edib.
Onun nəşinin bu gün Naxçıvana gətiriləcəyi gözlənilir.