Naxçıvanda hamilə qadın və bətnindəki övladı vəfat edib

A- A A+

Naxçıvanda 21 yaşlı hamilə qadın və bətnindəki övladı vəfat edib.

NUHÇIXAN xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində vəfat edib. Bildirilir ki, ana və övladının ölümünə səbəb təzyiq olub.

G.Məhərrəmova Babək rayonu Payız kəndində dəfn edilib. Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: