Sahil Tahirli: "Sədərəkdən Şuşaya” filmi xalqımızın müstəqillik uğrunda apardığı mübarizəni əks etdirir

A- A A+

20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Bu tarixin ilk səhifələri qədim Naxçıvan torpağında, Sədərəkdə yazılıb. 1990-cı il yanvarın 18-də Ermənistan silahlı qüvvələri SSRİ ordusunun 7-ci briqadasının dəstəyi ilə Sədərək kəndinə hücum etdi. Bunun ardınca, yanvarın 19-da Sədərək ağır artilleriya atəşinə məruz qaldı və bu döyüşlərdə biz ilk şəhidlərimizi verdik. Beləliklə, 20 Yanvarın faciəvi hadisələri məhz Naxçıvanda, Sədərəkdə başladı.

Bu sözləri Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-nin sədri, "Sədərəkdən Şuşaya” filminin layihə rəhbəri və müəllifi Sahil Tahirli NUHÇIXAN-a müsahibəsində deyib.

O, qəhrəman naxçıvanlıların Ümummilli Lider Heydər Əliyevin ətrafında yumruq kimi birləşərək düşmənə müqavimət göstərdiyini və Sədərəyi işğaldan qoruduğunu bildirib, Ulu Öndərin “Qeyrət qalası” adlandırdığı bu diyar uğrunda 150-yə yaxın şəhid verildiyini diqqətə çatdırıb.

"Eyni zamanda, Sədərək strateji əhəmiyyətinə görə mühüm mövqeyə malikdir, Türkiyə, İran və Ermənistan ilə sərhəddə yerləşir. 1992-ci il mayın 28-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Araz çayı üzərində “Ümid" körpüsü tikilərək Naxçıvanın blokadasının qarşısı alındı, Türkiyə və İranla əlaqələr quruldu, Naxçıvan qorundu və yaşadıldı", - deyə S.Tahirli qeyd edib.

"Sədərəkdən Şuşaya” filmi barədə də danışan Sahil Tahirli filmin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni, doğma torpaqlarımızın müdafiəsi uğrunda keçilən qəhrəmanlıq yolunu əks etdirdiyini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: