AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli: "Naxçıvan Televiziyası möhtəşəm bir qəhrəmanlığı üzə çıxarıb"

A- A A+

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Sədərəkdən Şuşaya” sənədli televiziya filminin təqdimat mərasimi keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, təqdimat mərasimində İ.Həbibbəyli film haqqında təəssüratlarını bölüşüb: 

“Sədərəkdən Şuşaya” sənədli televiziya filmi möhtəşəm bir qəhrəmanlığı üzə çıxarıb. Filmin baş qəhrəmanı Nəzifə xanım, sözün əsl mənasıda, odlu-alovlu günlərin Azərbaycan cəmiyyətinə, xalqımıza tanıdılmağa layiq olan qəhrəmanıdır. Ona eşq olsun və filmdə Nəzifə xanımın dediyi sözlər və ifadə etdiyi fikirlər müdrik bir ananın fikirləri olmaqdan başqa, sözün həqiqi mənasında, döyüş yolu keçmiş, müharibə dərsləri almış müdrik vətənpərvər, qəhrəman bir ananın sözləridir. Məncə, bu film Nəzifə anaya qarşı ictimaiyyətin, mətbuatın, ədəbiyyatın diqqətini artıracaq. Onu yenidən auditoriyda, eyni zamanda tələbə və gənclərlə görüşdə dinləməyə ehtiyac var, çünki yeni nəslin formalaşması üçün Nəzifə ananın xidməti və müdrikliyi böyük bir məktəbdir, böyük bir nəsildir. Naxçıvan Televiziyası Azərbaycan cəmiyyətinə müharibə dövrünün görünməyən vətənpərvər bir qadınını göstərməklə, eyni zamanda bugünkü bizim nəsillərin faydalana biləcəyi canlı vətənpərvər bir qadını da təqdim edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: