NUHÇIXAN xəbər verir ki, bunu Sədərəkdəki döyüşlərdə iştirak etmiş Nəzifə Qaybalıyeva jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, Sədərək döyüşlərində döyüşən hər kəsin qələbəyə inamı sonsuz idi. Hər kəs düşməni dayandırmaq üçün əlindən gələni edirdi. O qeyd edib ki, Sədərəyin müdafiəsi üçün bütün bölgələrdən olan gənclər axışıb gəldi, onların birliyi və əzmi sayəsində Sədərək “alınmaz qala” ya çevrildi.