Əpoş Vəliyev: “Sədərəkdən Şuşaya” filmini izləyərkən döyüşlər gözümün qarşısında canlandı

A- A A+

NUHÇIXAN xəbər verir ki, bunu şəhid mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, film möhtəşəm hazırlanıb. Mən də Sədərək döyüşlərinin balaca şahidi olmuşam. Bu gün həmin anlar gözümün önündə canlandı. Başda Sahil müəllim olmaqla filmdə əməyi keçən hər kəsə təşəkkür edirəm ki, qəhrəman xanımlarımız haqqında bu cür gözəl filmlər ərsəyə gəlir. Nəzifə xanım çox gözəl bir söz işlətdi ki, inşallah, bundan sonra biz müharibə yaşamarıq. Mənim qardaşım da Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Nəzifə xanımım ən böyük arzusu Şuşaya getmək , oranı görmək idi. Mən çox şadam ki, Nəzifə xanım bu gün yaşayır və Şuşanı ziyarət etmək ona qismət oldu. Bir daha əziyyəti keçən hər kəsə təşəkkür edirəm.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: