Naxçıvan televiziyasının təqdimatında tarixi həqiqətləri ölümsüzləşdirən "Sədərəkdən Şuşaya” sənədli televiziya filmini izlədik
Bu fikirləri Əməkdar jurnalist Mətanət Ağamirli özünün "Facebook" hesabında paylaşıb
NUHÇIXAN-ın məlumatına görə paylaşımda deyilir:
Naxçıvan televiziyasının təqdimatında tarixi həqiqətləri ölümsüzləşdirən "Sədərəkdən Şuşaya” sənədli televiziya filmini izlədik. Filmdə 35 il yaşananların həm acısını, həm də qürurunu bir də yaşadıq: savaş, itki, şəhid, qazi, kədər, qürur... Filmin qəhrəmanı qazi xanım Nəzifə Qaybalıyevanı tanıdıq, onun timsalında Azərbaycan qadınının yazdığı qəhrəmanlıq salnaməsinin şahidi olduq. Hesab edirəm ki, Nəzifə Qaybalıyeva sadəcə filmin qəhrəmanı deyil, o müasir Azərbaycan qadınının canlı nümunəsidir. Digər mühüm məsələ Naxçıvan televiziyasının müraciət etdiyi mövzu digər tv-lər üçün də bir mesajdır: TV-lər meydanı, efiri milli, mənəvi dəyərlərə, örnək simalara, vətənpərvərlik-insanlıq, əxlaqi keyfiyyətləri aşılayan proqramlara verməlidir!