Abdulla Qurbani: Naxçıvan televiziyasının hazırladığı film tarixi bir hadisədir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bunu jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu gün doğrudan da əlamətdar bir gündür. Milli qürur günümüz olan 20 Yanvar faciəsinin ildönümü ərəfəsində Bakının məşhur kinosalonlarının birində Naxçıvan televiziyasının istehsalı olan Sədərək döyüşlərinin 35 illiyinə həsr olunan  Sədərəkdən Şuşaya filminin nümayişidir. Sədərək döyüşlərinin mən şəxsən iştirakçısıyam, şahidiyəm. Bu gün Naxçıvan televiziyasının hazırladığı, Sahil Tahirlinin ideya müəllifi olduğu film tarixi bir hadisədir. Ona görə tarixi hadisədir ki, böyük zəhmətin bəhrəsi olan bu əsər paytaxt Bakıda nümayiş olunur. Tamaşaçılar arasında yüksək vəzifəli şəxslər, akademiklər, professorlar, hərbçilər, müharibə iştirakçılarının olması qürurverici hal idi. Məhz elə mənimdə döyüş yolum Sədərəkdən Şuşaya, Xankəndiyə doğru getdi. Zəfərlərimiz bol olsun. Yaradıcı heyətə dərin təşəkkürümü bildirirəm. Davamlı olsun! Çünki Naxçıvan televiziyasının arxivində elə materiallar var ki, o materialların hər biri bir sənədli film üçün açar rolunu oynamağa qadirdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: