Əlmaniz Ələkbərli: Vətənpərvərlik ruhunda gələcək nəslin tərbiyə olunmasında bu film çox rol oynaycaq
NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Diaspor.info” saytının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Regional Bölməsinin sədri Əlmaniz Ələkbərli bildirib.
O qeyd edib ki, "Sədərəkdən Şuşaya" filminə baxarkən gəncliyim yadıma düşdü. Çünki mən özüm də I Qarabağ döyüşlərinin iştirakçısıyam. Bu film həqiqətən də çox böyük tarixdir. Əsas da ona görə ki, Naxçıvanda müharibə anlamı çox fərqlidir. Döyüş deyəndə Naxçıvanın bütün qeyrətli oğlanları Sədərəyə toplanmışdı. Nəzifə xanımın baş rol aldığı bu film həqiqətən də çox təsir edicidir. Vətənpərvərlik ruhunda gələcək nəslin tərbiyə olunmasında bu film çox rol oynayacaq. Çünki bizim ana vətənimiz, namusumuz, qeyrətimiz olan Nəzifə ana bütün analara örnəkdir. O, filmdə özünü əsl Azərbaycan xanımı kimi göstərdi. Naxçıvan televiziyasının zəhməti keçən hər bir əməkdaşını təbrik edirəm.