NUHÇIXAN xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında manşet.az saytının baş redaktoru Əli Vəliyev bildirib.
Bu filmin nümayiş olunduğu zalda, bəlkə, ən gənc sədərəklilərdən biri idim. Mənim həmin hadisələr vaxtı, təxminən, 4-5 yaşım var idi. Mən film haqqında onu deyə bilərəm ki, filmdə ərsəyə gətirilmiş bütün faktlar reallığı əks etdirirdi. Eyni zamanda Nəzifə ananın timsalında Azərbaycan qadınının qəhrəmanlığı göstərilirdi. Filmdə çox gözəl bir fikir də vurğulandı ki, “Məhz, biz ilk qələbəmizi 1990-cı ildə Sədərək döyüşlərində qazanmışıq” bu ifadə mənim çox xoşuma gəldi. Təbrik edirəm bir daha. Çox uğurlu bir filmdir.