Naxçıvan Dövlət Teleradiosundan daha bir yenilik

A- A A+

NUHÇIXAN xəbər verir ki, daim maraqlı proqramlar, musiqili verilişlərlə öz dinləyici auditoriyasının görüşünə gələn Naxçıvan Dövlət Radiosunda bu gündən daha bir yeniliyə imza atılır. Naxçıvan Dövlət Televiziyası və Radio Verilişləri Komitəsinin  2019-cu ilin iş planına uyğun olaraq radioda  ilk dəfə  xəbərlərin ingilis dilində buraxılışı efirə yayımlanacaq. Bu gün saat 21:00 da radioda efirə ingilis dilində gedəcək   xəbərlərdə muxtar respublikanın ictimai-siyasi, sosial və mədəni  həyatını əks etdirən məlumatlar dinləyicilərə təqdim ediləcək.

Qeyd edək ki,  ötən illər Naxçıvan Dövlət Televiziyasında da analoji addımlar atılıb. Televiziyanın  xəbərləri xüsusi buraxılışla 2017-ci ildən ingilis və  2018-ci ildən rus dilində tamaşaçılara təqdim edilir.     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: