Ordubadda multikultural dəyərlər qorunur

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad rayon İcra Hakimiyyətində “İslam dini milli-mənəvi dəyərlərimizin bir parçasıdır” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini, multikulturalizm və dini məsələlər üzrə komissiyanın sədri Fərqanə Hüseynli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bu istiqamətdə görülən işlər  Ordubad rayonunu da əhatə edib. Qeyd olunub ki, son illərdə rayonun Türk İslam Mədəniyyəti nümunələrindən olan Ordubad hamamı, Ordubad şəhər buzxanası, Qeysəriyyə bazarı əsaslı şəkildə bərpa olunaraq sakinlərin istifadəsinə verilib. Ordubadda ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Həmçinin rayonda milli-mənəvi dəyərlərimizin qorunması, dini tolerantlıq, dövlət din münasibətləri də inkişaf etdirilir.

Sonra  mövzu ətrafında çıxış edənlər diqqətə çatdırıblar ki, multikulturalizm və dini məsələlər üzrə komissiya milli mənəvi dəyərlərimizə zidd, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirici tədbirlərin keçirilməsini diqqətdə saxlayır. Belə tədbirlərin keçirilməsi dövlət din münasibətlərinin düzgün qurulması, islam dininin düzgün təbliği ilə yanaşı yas mərasimlərinin qaydalara uyğun keçirilməsi və rayondakı ibadətgah və məscidlərin səliqəli saxlanılması məqsədini daşıyır.

                                                                           

                                                            Emin  Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: