Bunu Naxçıvan DİN-in DYPİ-nin əməkdaşı, polis mayoru Ayaz İsmayılov NUHÇIXAN-a müsahibəsində bildirib.
O qeyd edib k, ötən il Naxçıvan Muxtar Respublikasında 29 ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 21 nəfər həyatını itirib, 20 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb . Bu da 2023-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayında 37 fakt azalma, həyatını itirənlərin sayında 9 fakt azalma, yaralıların sayında 54 fakt azalma olub.
Qeyd edək ki, 2023-cü ildə muxtar respublika ərazisində 66 yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 30 nəfər həyatını itirib, 74 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.