Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

A- A A+

Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən yanvar ayında muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər keçirilmiş, mövcud çatışmazlıqlar aradan qaldırılıb.

Hesabat dövründə avtovağzalların fəaliyyəti diqqət mərkəzində saxlanılmış, istilik sistemlərinin işlək vəziyyətdə olması, onların fəaliyyətlərinin daha da genişləndirilməsi, balanslarında olan tikililərin, yaşıllıq ərazilərinin yüksək səviyyədə saxlanılması və sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb. 

Beynəlxalq sərnişindaşıma xidməti göstərən avtobusların fəaliyyəti diqqət mərkəzində saxlanılıb, Türkiyə Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” firmaları ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb. Yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ilə Naxçıvandan Bakıya 1229, Bakıdan Naxçıvana isə 1003 sərnişin daşınıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri fəaliyyətə başlayıb. 

Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət edilməsi üçün Naxtel-4G monitorinqizləmə sistemindən istifadə olunub, taksi və avtobus sürücülərinin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları təşkil edilib, rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: