Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

A- A A+

Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Astananın qəzaya uğrayan AZAL təyyarəsinin pilotları ilə yerüstü nəzarətçilər arasında internetdə yayımlanan “sızdırılan” söhbətlərin mənbəyini müəyyənləşdirməyi planlaşdırması barədə danışıb.

NUHÇIXAN Qazaxıstan mediasına istinadla xəbər verir ki, onun sözlərinə görə, şifrin açılmasında müxtəlif ölkələrin ekspertləri iştirak ediblər.

“Hər kəsin bərabər çıxışı var idi. Mən dərc olunmuş mətni gördüm - bu, mənim başa düşdüyümə görə, yerdəki nümayəndələrlə danışıqlardır. Orada ekipaj üzvləri arasında heç bir söhbət eşitmədim. “Qara qutu”larda kapitanın və ekipaj üzvünün apardıqları bütün söhbətlər var. Orada daha çox məlumat mövcuddur”.

Jurnalistin “sızmanın” mənbəyini axtarmaq planlarının olub-olmaması ilə bağlı sualına K.Bozumbayev cavab verib ki, buna ehtiyac yoxdur, çünki Qazaxıstan tərəfi bunu “qara qutu”ların “sızması” hesab etmir.

“Kiminsə internetdə nəsə yazması onun doğruluğuna dəlalət etmir. “Qara qutu”ların məzmununda böyük fərq var. Rəsmi məlumatları gözləyin”, - deyə Baş nazirin müavini qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Bundan əvvəl Aviasiya Qəzalarının Tədqiqi və Qarşısının Alınması Mərkəzi (CENIPA) Braziliyadakı “qara qutu”ların təhlilini aparıb və müvafiq məlumatı Qazaxıstana göndərib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: