Husilər Yəməndə BMT-nin bir neçə əməkdaşını saxlayıblar

A- A A+

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti rəhbərinin müavini Fərhan Haq brifinqdə məlumat verib.

“Sənanın de-fakto hakimiyyəti nəzarət etdikləri ərazidə BMT əməkdaşlarını saxlayıb. Buna cavab olaraq, biz faktiki hakimiyyətin nəzarəti altında olan ərazilərdə bütün rəsmi hərəkətləri dayandırdıq. Bu qərar növbəti bəyanata qədər qüvvədə qalacaq”, -o bildirib.

Qeyd edək ki, BMT Baş katibinin ofisi iyunun əvvəlində təşkilat sistemində çalışan 11 Yəmən vətəndaşının saxlandığını elan edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: