Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib

A- A A+

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib. Laboratoriya iqtisadi, strateji əhəmiyyətə malik olmaqla, yaxın qonşu ölkələrdən gələn Araz və Arpaçay sularının yüksək keyfiyyətlə və dəqiqliklə analizinə imkan verəcək.

NUHÇIXAN xəbər verir ki, ümumi sahəsi 600 kvadratmetr olan laboratoriyanın inzibati binası 4 iş otağı, 1 anbar və köməkçi tikililərdən ibarətdir.

Laboratoriyada əldə daşına bilən avadanlıqlarla göllərdən, çaylardan, bulaq və çeşmələrdən su nümunələrinin götürülməsi və yerində ilkin tədqiqatların aparılması, suyun codluğu, elektrik keçiriciliyi, temperaturu, həll olmuş oksigenin miqdarı kimi məlumatların yerində dəqiq öyrənilməsi mümkün olacaq.

Hazırda laboratoriyanın inzibati binasında avadanlıqlar quraşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: