2024-cü ildə əvvəlki illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
NUHÇIXAN xəbər verir ki, bunu yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.
Kollegiya iclasında vurğulanıb ki, 2024-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərib (31-i üzrə ittiham hökmü çıxarılıb) 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır.