Ötən il 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb

A- A A+

Ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən il həmçinin 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Ümumilikdə ötən dövrdə 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: