Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, müvafiq tədbir və müsabiqələr keçirilir. Ötən ay Culfa rayonunun Dizə kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib, 205 maarifləndirici broşür paylanılmışdır.Aztəminatlı ailələrin hüquqlarının qorunması,sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmış, 1 ailəyə müvafiq köməklik göstərilibdir. Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 339 uşaq haqqında fərdi məlumatlar daxil edilib, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı tədbirlər görülüb, 3 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2018-ci il üçün uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair aidiyyəti orqanlardan illik hesabatlar alınıb, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. Həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş uşaqların uçotu aparılıb.