2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi, Azərbaycan xalqının və silahlı qüvvələrinin gücünü, iradəsini və azadlıq mübarizəsini dünyaya nümayiş etdirdi. Bu müharibə, yalnız hərbi bir qarşıdurma deyil, həm də Azərbaycan xalqının öz torpaqlarını və haqqını qorumaq üçün verdiyi mübarizənin simvolu oldu. Azərbaycanın dəmir yumruğu, sadəcə düşmənə qarşı deyil, həm də beynəlxalq aləmə qarşı bir mesaj idi.
Azərbaycanın işğal olunmuş ərazilərində müharibə cinayətləri: Məhkəmə prosesi davam edir
Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə erməniəsilli canilər Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.
Ermənistanın silahlı qüvvələrinin 1990-cı illərdə başlayan və 2020-ci ildəki təkrarlanan təcavüzkar müharibə əməliyyatları nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində baş verən cinayətlər, yalnız sadə bir müharibə hadisəsi deyil, çoxsaylı insan həyatına, mənəvi və fiziki travmalara, mülkiyyətə ciddi ziyan vuraraq, bir xalqın tarixini dəyişdirib. Bu cinayətlərə soyqırımı, məcburi köçürmə, işgəncə, təqib və digər ağır müharibə cinayətləri daxildir. Azərbaycan xalqının yaşadığı bu faciə, həm də beynəlxalq hüququn və bəşəriyyətin ədalət anlayışının sarsılmasına səbəb olub, vaxtilə.
Bü gün davam edən məhkəmə prosesində ədalət anlayışını formalaşdırmaq istiqamətində mühüm addım atılır. Bu proses, müharibə cinayətləri və insanlıq əleyhinə törədilən əməllərin mühakiməsi üçün bir fürsət, həmçinin müharibənin dəhşətlərinə qarşı mübarizə aparmaq və gələcəkdə belə cinayətlərin təkrarlanmasının qarşısını almaq məqsədini daşıyır. Həmçinin bu proses, müharibə cinayətlərinə qarşı beynəlxalq hüququn səmərəliliyini test etmək, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş müharibə cinayətlərinin hüquqi baxımdan cəzalandırılmasının vacibliyini göstərmək məqsədi daşıyır.
Məhkəmə, təkcə Ermənistana və onun silahlı qüvvələrinə qarşı deyil, həm də beynəlxalq hüquq prinsiplərinə, ədalətə və insan haqlarına qarşı cinayətlərə qarşı mübarizə aparır. Bu, yalnız keçmişin təkrarı deyil, həm də gələcəkdə belə hadisələrin qarşısını almaq üçün atılmış mühüm bir addımdır. Bir ölkənin ərazi bütövlüyü və mülkiyyətinin talan olunması, insan həyatının yolverilməz şəkildə məhv edilməsi, hüququn ən fundamental prinsiplərinə qarşı çıxmaq deməkdir.
Bu məhkəmə prosesi həm də Azərbaycan xalqının ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən cinayətlərin cəzasız qalmasına son qoyulması baxımından önəmlidir. Ədalətin təmini, yalnız cinayətkarların mühakimə olunması ilə bitməməlidir. Həm də bir xalqın haqqını tapdalayanlar üçün verilən cəzanın, bir daha belə cinayətlərin baş verməsinin qarşısını alacağına dair güclü bir mesajdır. Ədalət, sadəcə qanunların tətbiqindən ibarət deyil, həm də insanların haqqını tapdalayan hər kəsin mütləq şəkildə məsuliyyətə cəlb edilməsini təmin edən bir həqiqətdir.
Ermənistan tərəfindən törədilən bu cinayətlərin mühakiməsi, həm də bölgədə sülhün bərpası üçün vacibdir. Yalnız müharibə cinayətlərinə göz yumulmamalıdır, eyni zamanda keçmişin acılarını tanımaq, qəbul etmək və onlara görə məsuliyyət daşıyanların cəzalandırmaq mütləqdir. Bu, yalnız müharibə qurbanları üçün deyil, bütün regionun gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Ədalət və sülh, yalnız silahların susması ilə deyil, həm də baş vermiş faciələrin, cinayətlərin və hüquqsuzluqların tanınması ilə bərpa oluna bilər.
44 günlük Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir zəfərdir. Bu zəfər yalnız hərbi deyil, həm də ideoloji və mənəvi bir qələbədir. Azərbaycan xalqı, dəmir yumruğu ilə onlara gücünü göstərərək, işğal altındakı torpaqlarını azad etdi, vətəninin hər qarışını geri aldı və bu zəfərlə yeni bir dövrə qədəm qoydu. Bu qələbə, Azərbaycanın hər bir vətəndaşı üçün bir qürur mənbəyidir. Bu mübarizənin ruhu, gələcəkdə ölkənin inkişafına və dünya miqyasında güclü bir mövqe tutmasına şərait yaradacaq.
Bu günkü məhkəmə prosesi, xalqımızın yaşadığı dərdlərin və itkilərin haqqını tapdalayanlara qarşı mübarizənin başlanğıcıdır. Azərbaycan xalqı, yalnız keçmişinin deyil, gələcəyinin də ədalətli şəkildə qurulmasına doğru irəliləyir.
Səma Hüseynli
Naxçıvan televiziyasının əməkdaşı