Babək rayonunda səsvermə çox şəffaf, qanunauyğun və seçici fəallığı şəraitində davam edir.
Bunu NUHÇIXAN-a açıqlamasında 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsinin Babək şəhər 2 saylı seçki məntəqəsinin sədri Vəli Məmmədov deyib.
O bildirib ki, məntəqə üzrə 1396 seçici qeydiyyatdadır. Onlardan 31 nəfəri ilk dəfə səs verəcək. Məntəqə üzrə ümumilikdə 13 namizəd mübarizə aparır.
Qeyd edək ki, 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsi üzrə 64 seçki məntəqəsi fəaliyyət göstərir. Həmin məntəqələrdən 29-u Babək, 29-u Şahbuz, 6-sı Kəngərli rayonu ərazisində yerləşir. Dairə üzrə 47 min 95 seçici qeydə alınıb ki, onlardan 24 min 454-ü Babək, 16 min 779-u Şahbuz, 5862-i isə Kəngərli rayonunun sakinləridir.