AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, böyük ədəbin yubileyi ilə əlaqədar bölmənin Elmi Kitabxanasında “Cəlil Məmmədquluzadə-150” adlı sərgi açılıb. Bir neçə bölmədən ibarət olan sərgidə “XX əsrin əvvəlləri Azərbaycan yazıçıları”, “Ədəbi şəxsiyyət və zaman”,“Cəlil Məmmədquluzadə mühiti və müasirləri”, “Ədəbi-tarixi yaddaş və müasirlik”, “Mollanəsrəddinçi karikatura ustası”, “Cəlil Məmmədquluzadə”, “İnsanlar və talelər”, “Molla Nəsrəddin necə yarandı?”, həmçinin“Cəlil Məmmədquluzadə ensiklopediyası”,“Yüz ilin ədəbi abidəsi”, “Cəlil Məmmədquluzadə: taleyi və sənəti”, “Cəlil Məmmədquluzadənin yaradıcılığında “kiçik adam” obrazlarının ictimai-bədii funksiyası”, “Mirzə Cəlil və Məmmədquluzadələr. Məktublaşma”, “Molla Nəsrəddin”: dostları, düşmənləri”, “Molla Nəsrəddin” jurnalının nəşri tarixindən” və digər bu qəbildən olan kitab və monoqrafiyalar yer alıb.
Sərgidə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılıq fəaliyyətindən bəhs edən tədqiqat əsərləri ilə yanaşı,jurnal və qəzet materialları da ziyarətçilərin ixtiyarına verilib.
Qeyd edək ki, Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar bölmədə il ərzində silsilə tədbirlərin keçirilməsi də nəzərdə tutulub.