NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində “Nəsimi” həftəsi çərçivəsində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşı Arzu Qasımov əsər haqqında ümumi məlumat verib.
Bildirib ki, Dövlət mükafatına layiq görülən “Nəsimi” poeması dahi sənətkarımız İmaddədin Nəsimiyə həsr olunan ən dəyərli əsərlər sırasındadır.Burda Azərbaycanın şair-mütəfəkkiri Nəsiminin yaradıcılığı və fəlsəfəsi gözəl bədii dillə oxucuya ustalıqla təqdim edilir. Bir zaman özü qəzəllərində obrazlar yaradan Nəsimi bu dəfə şair Qabilin yaratdığı poemanın ədəbi qəhrəmanına çevrilib.
Qeyd edilib ki, şairin və onun gənc ailəsinin Hələb dramı əsərin ən təsirli məqamlarındandır.
Mədinə Rəhimli