Muxtar respublikada bələdiyyə seçkiləri şəffaf və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və aparatın 14 nəfər əməkdaşı tərəfindən yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində müşahidəçi qismində muxtar respublika üzrə 6 seçki dairəsinin 97 seçki məntəqəsində müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr aparılıb.

Müşahidələr həmçinin hərbi qulluqçuların, məhkumların və həbs yerlərində saxlanılan şəxslərin seçki hüququnun təmin edilməsi məqsədi ilə müvafiq müəssisələrdə təşkil olunmuş seçki məntəqələrində də aparılıb. 

Müşahidələr zamanı seçki prosesində pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib. 

Aparılan müşahidələrə əsasən, muxtar respublikada seçkilər demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirilib. Həmçinin əlilliyi olan seçicilər üçün bu hüquqların həyata keçirilməsi ilə bağlı hərtərəfli şərait yaradılıb və vətəndaşların seçki hüququ yüksək səviyyədə təmin olunub.

Muxtar respublikada bələdiyyə seçkiləri günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: