NUHÇIXAN-ın məlumatına görə, yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib.
Komitə sədri Ülkər Bayramova iclasda Ali Məclisin 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.
Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.