Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Saltaq kəndində “Ailə təsərrüfatlarının inkişaf etdirilməsində orta dağlıq ərazilərdə yer fıstığı bitkisinin əkilməsinin əhəmiyyəti və iqtisadi səmərəsi barədə” seminar keçirilib .

Culfa Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin və “Aqrolizinq” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, hazırda rayonda 50-yə yaxın ailə təsərrüfatı fəaliyyət göstərir. Onların istehsal etdikləri məhsulların satışı, bazar və yarmarkalara çıxarılması diqqətdə saxlanılır.

Mütəxəssislər ailə təsərrüfatlarının müasir,  kiçik ölçülü  texnika və avadanlıqlarla təmin olunmasında aqroservis xidmətlərinin rolundan danışıblar. Vurğulanıb ki, heyvandarlıq və arıçılıq təsərrüfatlarının inkişaf etdirilməsində paxlalı yem bitkilərinin,  həmçinin orta dağlıq ərazilərdə yer fıstığı bitkisinin əkilməsi çox  əhəmiyyəti və iqtisadi cəhətdən səmərəlidir.

Tədbirdə məhsuldar toxum sortları ilə əkin keçirilməsi və ailə təsərrüfatlarının inkişaf etdirilməsində lizinq xidmətinin əhəmiyyəti də iştirakçılara izah olunub.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və yer fıstığı əkininin aqrotexnikası barədə  maarifləndirici bukletlər paylanılıb.

 

                                                                        Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: