Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO
Uzun illər Naxçıvan Televiziyasının və eyni zamanda Aztv-nin “Günün ekranı” xəbərlər proqramının kinooperatoru olan Ənvər Rəhimovu o dövrün tamaşaçıları yaxşı tanıyır. 80 yaşlı operator ömrünün 48 ilini sevdiyi sənətə həsr edib. Bu günlərdə isə bir zamanlar işlətdiyi və şəxsi kolleksiyasında saxladığı çəkiliş avadanlıqlarını Naxçıvan Dövlət Film Fondunun Kino Muzeyinə bağışlayıb.
Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıb.
NUHÇIXAN həmin videomaterialı təqdim edir:
Səməd Canbaxşiyev