Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tibb xidmətinə qulluğa qəbulla bağlı müsahibə elan edir

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti üzrə kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədi ilə orta rəis heyəti (həkim) vəzifələrinə qulluğa qəbulla bağlı müsahibə keçirilir.

Vakant həkim vəzifələri əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin çəzaçəkmə müəssisələrindədir.

Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibəyə dəvət edilirlər.

Sənəd qəbulu Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında 03 fevral 2025-ci il tarixdən 03 aprel 2025-ci il tarixədək nəzərdə tutulmuşdur. Həmçinin müraciətlər elektron poçt ünvanı (njustice.gov.az) vasitəsilə də edilə bilər.

Əlaqə nömrəsi: (036) 545-00-69

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: