Su polisi qanunsuz balıq ovlayan şəxsi saxlayıb

A- A A+

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə NUHÇIXAN-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədovu saxlayıb.

Həmin şəxsdən 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: