“Alposa” almazçıxarma şirkəti müqəddəs Valentin Günü ərəfəsində 65,7 karat çəkisində ürək formasında almaz tapıb.
NUHÇIXAN Rusiya KİV-lərinə istinadla xəbər verir ki, qiymətli daş yanvarın sonlarında Yakutiyada, “Uğurlu” adlı kimberlitli borucuqda tapılıb və yüksək keyfiyyətli xüsusiyyətlərə malikdir. Mütəxəssislərin dəyərləndirməsinə görə, daşın yaşı 300 milyon ildən yuxarıdır. Hazırda almaz müfəssəl şəkildə öyrənilmə və qiymətləndirilmə aparılmasından ötrü “Alposa” Vahid Satış Təşkilatındadır.
“Təbiətdə hər hansı əşya və simvolu xatırladan almazlara çox nadir hallarda rast gəlinir. Almazların əksəriyyəti ya səkkizüzlü formada olur, ya da heç bir forma ifadə etmir. Ürək formasında almazın, xüsusən də Sevgililər Günündə aşkarlanması, sanki simvolik hədiyyədir”, - deyə “Alposa” VST-nin direktoru Yevgeni Aqureyev bildirib.