Həmkarlar İttifaqları Şurasının ittifaq üzvləri üçün həyata keçirdiyi layihə davam edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvləri üçün həyata keçirdiyi layihə davam edir.
NUHÇIXAN xəbər verir ki, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının ittifaq üzvlərindən növbəti 58 nəfərin Ağbulaq İstirahət Mərkəzində iki günlük istirahəti təşkil olunub.
Şuranın ittifaq üzvləri aldıqları yollayışların dəyərinin cəmi 15%-ni ödəməklə Mərkəzdə yaradılan bütün şəraitlərdən faydalanaraq həftəsonlarını maraqlı və yaddaqalan keçiriblər. Onlar üçün maraqlı intellektual bilik yarışı, şahmat, tennis və digər əyləncəli oyunlar da təşkil edilib. Qeyd edək ki, proqram çərçivəsində ittifaq üzvlərinin xizək meydançasından, kanat xəttindən, gündə 3 dəfə dadlı təamlardan istifadəsi ödənişsizdir.