Baş Prokurorluğun səlahiyyətlərinin artırılması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib

A- A A+

Milli Məclis Baş Prokurorluğun səlahiyyətlərinin artırılması haqqında dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi müzakirə olunub.

Qeyd edilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən (Müdafiə, Müdafiə Sənayesi, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə nazirlikləri, habelə Prezidentin 28 dekabr 2023-cü il tarixli fərmanı ilə müəyyən edilmiş digər dövlət xidmətləri və dövlət agentlikləri) verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilib.

Dəyişikliklə görə, bu səlahiyyətin verildiyi qurumlar sırasına Baş Prokurorluq da əlavə edilir.

Qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: