Naxçıvanda Penitensiar Xidmətin əməliyyat müşavirəsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib. Tədbirdə nazirlikdə keçirilmiş kollegiya iclasından irəli gələn vəzifələrin icrası, 2024-cü il ərzində görülən işlər və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib.

Müşavirəni Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov açaraq bildirib ki, ötən il ərzində müəssisələrdə infrastrukturun yenilənməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. O qeyd edib ki, dövlət başçısının ədliyyə sahəsinə göstərdiyi diqqət nəticəsində xidmətin fəaliyyəti müasir tələblərə uyğun təkmilləşdirilib, məhkumların hüquqlarının etibarlı təmin olunması və islah prosesinin səmərəli təşkili üçün mühüm işlər görülüb.

Daha sonra Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərovun penitensiar müəssisələrə il ərzində baş çəkdiyi, fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verdiyi qeyd olunub.

Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov hesabat məruzəsi ilə çıxış edərək, 2024-cü ildə həyata keçirilən nəzarət və profilaktik tədbirlər barədə məlumat verib. Bildirilib ki, cəzaçəkmə müəssisələrində pozuntuların sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların dövriyyəsi ilə mübarizədə müsbət nəticələr əldə edilib.

Müşavirədə penitensiar müəssisələrin rəhbərləri də çıxış edərək, görülən işlər barədə məlumat veriblər. Sonda nazir müavini Emin Kazımov xidmətin təşkilində mövcud nöqsanların aradan qaldırılması və fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Tədbirlər planı təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: