Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Qıvraq qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, yol kəsişməsində Türkiyə Respublikası vətəndaşı Zahir Güclünün idarə etdiyi 01 DMN 70 nömrəli "Mercedes" markalı yük maşını ilə 74-BD-152 dövlət nömrəli "Mercedes" markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşının sürücüsü Kəngərli rayon Qıvraq qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rzayev Nəsimi Nizaməddin oğlu və onun həyat yoldaşı, 1982-ci təvəllüdlü Rzayeva Günay Ələkbər qızı xəsarət alıb.

Hadisə yerinə gələn qəza xilasetmə bölməsi tərəfindən xəsarət alanlar avtomobildən çıxarılıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: