Sinoptiklər xəbərdarlıq edirlər...

A- A A+

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən NUHÇIXAN-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın fasilələrlə yağıntılı keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metrədək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 17-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü bəzi insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: