Dezinfeksiya tədbirləri davam etdirilir - FOTOLAR

A- A A+

Son vaxtlar Şərur rayon əhalisi arasında yuxarı tənəffüs yollarının katarı və müxtəlif növ qripə bənzər əlamətlərlə müşahidə olunan virus infeksiyaları müşahidə olunur.

NUHÇIXAN xəbər verir ki, buna görə də Şərur Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları əhalinin gediş-gəliş yerlərinin sıx hissələrində və xüsusən də ümumtəhsil orta məktəblərində dezinfeksiya işləri görürlər.

Mərkəzin əməkdaşları Şərur rayon Yengicə kənd tam orta məktəbində siniflərdə, idman zalında, qarderoblarda, bufetdə,  dəhlizdə, sanitar qovşaqlarında və digər yerlərdə xlorlu əhəng məhlulu ilə  dezinfeksiya işləri aparıblar.

Qeyd edək ki, bir həftə ərzində rayonun bütün tam orta məktəblərində dezinfeksiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl isə Naxçıvan şəhərində və Ordubad rayonunda dezinfeksiya işlərinə başlanılıb.

 

Cavid Səfərli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: