"Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

A- A A+

NUHÇIXAN xəbər verir ki, brayl əlifbası ilə ayda bir dəfə nəşr edilən  “Könül işığı” jurnalının xüsusi buraxılışı Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunub.

Akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” məqaləsi əsasında çap olunan jurnalda görmə qabiliyyəti məhdud olan uşaqlar muxtar republikanın keçdiyi inkişaf yolu və əldə olunan naliyyətlər barədə məlumatları öyrənə biləcəklər. Jurnal Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə əlaqədar hazırlanan Tədbirlər Planına əsasən çap olunub. Həmçinin Regional İnformasiya Mərkəzinin kitabxanasında “Naxçıvan Muxtar Respublikası 95adlı guşə də yaradılıb.

Qeyd edək ki, bundan əvvəl isə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən “ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu” əsəri brayl əlifbası ilə çap edilib.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: