NUHÇIXAN-nın verdiyi məlumata görə muzeyin direktoru Ramin Orucəliyev bildirib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 may 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb. Azərbaycanın dövlətçilik tarixinin, ümummilli liderin həyatının və siyasi fəaliyyətinin öyrənilməsində, eyni zaman da təbliğində muzey əvəsiz rol oynayır.
Ziyarətçilər muzeydəki eksponatlarla yaxından tanış olublar. Ümummilli lider Heydər Əliyevin şəxsi əşyaları,görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini əks etdirən fotoşəkillər keçdiyi həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallar, həmçinin təhsil illərinə aid sənədlər barədə ətraflı məlumat verilib.
Qonaqlar Ulu öndərin AMEA Naxçıvan Bölməsini ziyarət etdiyi zaman çəkilən fotoşəkillərə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı illərdə qəbul etdiyi tarixi qərar və sərəncamlara, o cümlədən portretinin əks olunduğu xalçalara maraqla baxıblar.
Sadiq Məmmədov