Ukraynanın LB.ua saytında Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyevin Xocalı soyqırımına dair məqaləsi yayılıb.
NUHÇIXAN xəbər verir ki, müəllif məqalədə Xocalı faciəsini insanlığa qarşı törədilən ən qəddar akt adlandırıb.
“Bu günə qədər Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyan mülki azərbaycanlılara qarşı hərbi cinayətlərinə görə cəzalandırılmayıblar. Baxmayaraq ki, onlar Xocalı faciəsinin törədilməsini etiraf ediblər, hələ də cəzasız qalırlar”, - deyə səfir yazıda vurğulayıb.
Müəllif məqalədə Xocalı soyqırımının bir çox dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib.