Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris MərkəzindəVahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlər başlayıb.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Mərkəzin Tədris Plan-qrafikinə uyğun olaraq təlimlər muxtar respublika dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan bütün təşkilatların aidiyyəti işçilərini əhatə edəcək.
“Vahid büdcə təsnifatının tətbiqi” adlı ilk təlimə fevralın 15-dən start verilib. 3 saat müddətində planlaşdırılan təlim muxtar respublikanın müxtəlif büdcə təşkilatlarından 65 maliyyə və mühasibatlıq işçisini əhatə edib.
Təlimdə Mərkəzin direktoru Sevinc Cabbarzadə tərəfindən ümumi məlumat verilərək Təsnifatda olan əlavə və dəyişikliklərin əhəmiyyəti və məqsədi barədə danışılıb.
Nazirlik Aparatının Gəlirlərin proqnozu şöbəsinin əməkdaşı Elvin Nağıyevin çıxışı dinlənilib, iştirakçılara gəlir maddələrinə müvafiq əlavələr edilməsi barədə ətraflı məlumat verilib.
Dəyişikliyə müvafiq olaraq xərclərinintəsnifatı ilə bağlı Aparatın Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynov və Miryaqub Seyidovun geniş çıxışı olub və dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, 2020-ci büdcə ilindən başlayaraq dövlət büdcəsindən maliyyələşən bütün qurumlarda tətbiq olunacaq Təsnifatın kağız daşıyıcılarda muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarına və Nazirliyinin yerli maliyyə orqanlarına göndərilməsi təmin edilib.