Bu gün dilçi alim Elbəyi Maqsudovun dogum gunudur

A- A A+

Elbəyi Maqsudov 1955-ci il fevral ayının 16 da Babək rayonun Gərməçataq kəndində anadan olub. Gözəl dilçi alim olan Elbəyi Maqsudov yüzlərlə tələbə yetişdirməklə yanaşı həm də gözəl poetik düşüncəli şair idi. NUHÇIXAN şairin “Ana dilim” şeirini təqdim edir.

Ana dilim

Ana dilim, anaların

Şirin-şirin laylasısan.

Ana dilim, gəlin köçən

Qızların bəxt aynasısan.

Ana dilim babaların

Qılıncının kəsəridir.

Ulu, nəhəng türk elinin

Ən müqəddəs əsəridir.

Ana dilim  gözəllərin,

İncə, zərif gülüşüdür.

Sərtləşəndə qəlb yandırar,

Kövrələndə gül üşüdür.

Ana dilim bülbüllərin

Həzin, şaqraq, şən səsidir.

Xan əminin zümzüməsi,

Üzeyirin nəğməsidir.

Ana dilim ilk insanın

Bizə gələn qəlb səsidir.

Min illərdir hamımızın

Səcdəgahı, qibləsidir.

Ana dilim- Azərbaycan,

Ata yurdum-Azərbaycan.

Onun adı gələn yerdə

Ürək deyir: -Ay can, ay can.

Sən gözəllik çələngisən,

Sən Muğamsan, sən Cəngisən.

Sən dillərin nəhəngisən,

Canım qurban sana dilim,

Ana dilim! Ana dilim!

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: