NUHÇIXAN xəbər verir ki, hadisə Şərur rayonunda baş verib. Mübahisə zəminində rayonun İbadulla kənd sakini, 2007-ci il təvəllüdlü Əlizadə Ceyhun Pəhlivan oğlu rayonun Qışlaqabbas kənd sakini, 2009-cu il təvəllüdlü Əliyev Mirkərim Miryusif oğlu tərəfindən bıçaqlanıb. O, Şərur Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisəni törətməkdə təqsirli bilinən M.Əliyev saxlanıb.
Faktla bağlı araşdırma aparılır.