Yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlər gücləndirilib

A- A A+

Muxtar respublikanın hər yerində olduğu kimi, Culfa rayonunda da əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında yoluxucu xəstəliklərə qarşı mübarizə işinin təşkili mühüm əhəmiyyət kəsb edir. Buna görə də rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi əhali arasında səhiyyə maarifinə və profilaktik tədbirlərin həyata keçirilməsinə ciddi fikir verir. Məlumdur ki, tullantıların yığıldığı yerlər, su mənbələri yoluxucu xəstəliklərin yaranmasında və yayılmasında əsas amildir. Bu amil nəzərə alınaraq həmin sahələrdə dezinfeksiya və dezinseksiya tədbirləri aparılır, içməli su mənbələrinə daima nəzarət olunur. Su nümunələri götürülərək laboratoriyada analiz edilir. Yoluxucu xəstəliklərin baş verməməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilir. Tədbirlər mövsümə uyğun olaraq aparılır. Hazırda qış dövrü ilə əlaqədar olaraq qrip virusları fəallaşaraq artıb-çoxalıb. Əhalinin uşaq və yaşlı qrupu xəstəliyə daha həssas olduğundan bağçalara və məktəblərə daha çox nəzarət olunur. İnsanların çox cəmləşdiyi yerlərdə, xüsusən avtovağzal, dəmir yol vağzalı, ictimai iaşə müəssisələri, ictimai binaların bloklarında dezinfeksiya işləri gücləndirilmişdir. Rayon ərazisində olan bütün məktəblərə tibb məntəqələri vasitəsilə lazımi qədər xlor verilərək təlimatlandırılmışdır ki, məktəblərdə 0,5 %-li xlor məhlulu ilə təmizlik işləri aparılsın və sahələrdə səhiyyə maarifi işi gücləndirilsin.

Uşaqlar arasında idarə olunan yoluxucu xəstəliklərə qarşı (qızılca, polimelit, difteriya və s.) peyvəndlərin aparılmasına ciddi nəzarət olunur. Məhz bunun nəticəsidir ki, rayonumuzda epidemioloji vəziyyət sabitdir. Hazırda Culfa şəhər məktəblərində I-V sinif şagirdləri arasında qurd xəstələyinin erkən aşkar edilməsi üçün profilaktik laborator müayinələrin keçirilməsi başa çatmaq üzrədir. Yoxlama nəticəsində xəstəlik aşkar edilmiş şagirdlər müalicəyə cəlb olunurlar.

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: