Şahbuz rayonunda elektrik təsərrüfatı yenilənir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin Şahbuz Rayon Elektrik Şəbəkəsi tərəfindən rayonun kəndlərində elektrik təsərrüfatının yenidən qurulması və təmiri işləri davam etdirilir.
Şəbəkənin illik iş planına uyğun olaraq rayonda istehlakçıların elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə yeni özünü daşıyan izolyasiyalı (SİP) kabellər çəkilib, metal elektrik dirəkləri quraşdırılıb.
Həmçinin məişət abonentlərinin mənzil daxilində və yaşayış evlərinə olan elektrik sayğaclarının kənara çıxarılması işləri davam etdirilir.