Əməkdar jurnalist Yasin Qaraməmmədli vəfat edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a verilən məlumata görə, əməkdar jurnalist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fəlsəfə və sosial fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Yasin Qaraməmmədli vəfat edib.
Qeyd edək ki, Yasin Qaraməmmədli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 noyabr tarixli 2419 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.