Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikasında məskunlaşmış Qərbi azərbaycanlıların bir qrup nümayəndəsi ilə görüş keçirib.

Görüşdə çıxış edən Elbrus İsayev Qərbi Azərbaycan məsələsinin dövlətimiz üçün prioritet olduğunu vurğulayıb. 

Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ erməni işğalından azad edilib və Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıdacağına böyük ümid yaranıb. Elbrus İsayev bildirib ki, MR-nın Ordubad, Sədərək və Kəngərli rayonlarında, həmçinin Naxçıvan şəhəri üzrə nümayəndələr seçilib və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının beynəlxalq aləmdə təbliğ edilməsi və Naxçıvanda məskunlaşmış Qərbi azərbaycanlıların problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün layihə hazırlanıb. Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri muxtar respublikada Qərbi azərbaycan əsilli soydaşlarımızla MR Nümayəndəliyinin işinin gücləndirilməsini, onların xatirələri əsasında memarualların yazılmasını, folklorunun öyrənilməsini, televiziyada və mətbuatda yazıların və çıxışların hazırlanmasının vacilbiyini qeyd edib. O, əlavə edib ki, Qərbi Azərbaycan həqiqətlərini müntəzəm təbliğ etmək məqsədilə Universitet Televiziyasında Qərbi Azərbaycan studiyası və Universitetdə Qərbi Azərbaycan Mərkəzi yaradılacaq, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyası ilə əlaqələrinin gücləndirilməsi diqqət mərkəzindədir.

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin Naxçıvan şəhəri üzrə nümayəndəsi Ədalət Hüseynov, Ordubad rayonu üzrə nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova, Sədərək rayonu üzrə nümayəndəsi Heydər Süleymanov, Kəngərli rayonu üzrə nümayəndəsi Ələsgər Haqverdiyev, MR üzrə Numayəndəliyini kordinatoru, filologiya üzrə fəlsəfə doktoru Süsənbər Ağamalıyeva görüşdə iştirak edib və mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: